Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik məktubu göndərib

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik məktubu göndərib Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Lüksemburqun milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm".
Geri qayıt