Leyla Abdullayeva fransız həmkarı ilə görüşdü - Foto

Leyla Abdullayeva fransız həmkarı ilə görüşdü - Foto  
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayonla görüşüb.

Bu barədə Leyla Abdullayeva öz tviter səhifəsində bildirib.

“Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Buayonla səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə Azərbaycandakı mühüm missiyasında uğurlar arzulayıram”, - o yazıb.

Qeyd edək ki, Ann Buayon noyabrın 10-u Azərbaycana səfir təyin edilib.
Leyla Abdullayeva fransız həmkarı ilə görüşdü - Foto
Geri qayıt