KTMT Şurası Azərbaycan-Ermənistan-Rusiya sammiti ərəfəsində keçiriləcək

KTMT Şurası Azərbaycan-Ermənistan-Rusiya sammiti ərəfəsində keçiriləcək  
KTMT Şurası cümə günü Rusiya prezidenti Vladimir Putin, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli sammit ərəfəsində keçiriləcək.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Bəli, bu, həm də qarşıdan gələn sammitə hazırlıq çərçivəsindədir".

Kreml nümayəndəsi xatırladıb ki, Ermənistan bu il KTMT-yə sədrlik edir.

Daha əvvəl Peskov Putinin videobağlantı vasitəsilə cümə günü KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında iştirak edəcəyini bildirmişdi.

Bundan əvvəl Paşinyan bildirib ki, Rusiya tərəfinin dəvəti ilə oktyabrın 31-də Soçidə Putin və Əliyevlə görüş keçirməyi planlaşdırır. 


Geri qayıt