Səfirimiz Türkiyənin vitse-prezidenti ilə görüşdü

Səfirimiz Türkiyənin vitse-prezidenti ilə görüşdü  
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Tükiyənin vitse-prezidenti Fuat Oqtayla görüşüb.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edilib.

Bununla yanaşı, Şuşa Bəyannaməsindən sonra ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdığı qeyd olunub.

Həmçinin, Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının fəaliyyəti və həyata keçirilməsi üçün nəzərdə tutulan işlər ətrafında fikir mübadiləsi aparılıb.


Geri qayıt