Gözəl Bayramlı məhkəməyə gətirilir

Gözəl Bayramlı məhkəməyə gətirilir AXCP sədrinin müavini Gözəl Bayramlı dünən axşam saatlarında Gürcüstandan Azərbaycana qayıdarkən saxlanılıb.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

O bildirib ki, Dövlət Sərhəd Xidmətindən G.Bayramlının Bakıya gətirildiyi deyilib: “Mənə dedilər ki, saat 3-dən sonra Bakıya çatacaqlar. Gözlənilir ki, bu gün Gözəl Bayramlı haqda həbs-qətimkan tədbiri seçilməsi üçün Səbail rayon Məhkəməsinə çıxarılacaq”.
Geri qayıt