Məmmədyarov Moskvaya gedir- Lavrovla Qarabağı müzakirə edəcək

Məmmədyarov Moskvaya gedir- Lavrovla Qarabağı müzakirə edəcək Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada həmkarı Sergey Lavrovla görüşü zamanı Qarabağ məsələsini müzakirə edəcək.

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən Ria-Novosti saytına məlumat verilib:

“Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Moskvaya işgüzar səfərə yola düşüb. Səfərin tarixi daha əvvəl Rusiya tərəfi ilə razılaşdırılmışdı. Görüşdə Sank-Peterburq və Vyanada aparılan danışıqlar əsasında Qarabağ münaqişəsinin nizama salınması müzakirə olunacaq".
Geri qayıt