Maya Sandu İlham Əliyevə zəng edib

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.