Yoxlamalar daha 1 il müddətinə dayandırıldı - Prezident təsdiqlədi

Yoxlamalar daha 1 il müddətinə dayandırıldı - Prezident təsdiqlədi Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişikliyi təsdiqləyib.

Sənədə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti daha bir il uzadılıb.

Bundan əvvəlki sənəd 2022-ci ilin yanvarın 1-dək olan dövrü əhatə edirdi. Yeni sənədlə bu müddət 2023-cü ilədək uzadılmış olub.
Geri qayıt