Zakir Həsənov Tiflisdə mesaj verdi: "Əminəm ki..."

Zakir Həsənov Tiflisdə mesaj verdi: "Əminəm ki..." "Mən əminəm ki, əməkdaşlığımız daha sürətlə inkişaf edəcək”.

Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Tbilisidə gürcüstanlı həmkarı Levan İzoriya ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Z.Həsənov vurğulayıb ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq üçün çox böyük potensial var: "Gürcüstan müdafiə nazirinin bu istiqamətdə qeyd etdiyi bütün təşəbbüsləri alqışlayır və dəstəkləyirəm. Əməkdaşlığımızın daha sürətlə inkişafı edəcəyinə əminəm”.

Levan İzoriya öz növbəsində bildirib: "Dövlətlərimizi bir-biri ilə strateji əməkdaşlıq telləri bağlayır. Bu münasibətlərin bölgədə təhlükəsizlik və sülhün təmin olunmasına yönəldilməsi vacibdir”.

Qeyd edək ki, müdafiə nazirləri mayın 23-də Gürcüstanın Batumi şəhərinə yola düşəcəklər. Orada Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin müdafiə naziri Fikiri İşık və Gürcüstanın müdafiə nazir Levan İzoriya rasında üçtərəfli görüş keçiriləcək.
Geri qayıt