Yoluxma sürəti yüksək olan ştam açıqlandı

Yoluxma sürəti yüksək olan ştam açıqlandı Amerikalı virusoloqlar koronavirusun daha çox yoluxucu olan ştamını açıqlayıblar.

Xalqxeber.az xarici mediaya istinadən xəbər verir ki, onlar “mü” və “lyambda” ilə müqayisədə “delta”nın daha sürətlə yayıldığını bildiriblər. Alimlər hətta koronavirusun yeni dalğasının yaranacağı halda “delta” və mutasiyalarının yoluxuculuğunun artacağını istisna etməyiblər.

Onların fikrincə, virusa qarşı peyvəndlənmə artdıqca “delta”nın da yoluxma sürəti müəyyən sərhədə çatacaq.


Geri qayıt