Bir qrup hərbçi “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi

Sərəncamla Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər.