“Üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq" - Ərdoğan

“Üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq" - Ərdoğan "Azərbaycanlı qardaşlarımızla üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Canı yananlar, qanı tökülənlər, maddi və mənəvi ziyan çəkənlər sadəcə Qarabada yaşayan insanlardır. Asan deyil, 30 il”.

“Report”un iclasda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 30 ildən sonra işğal altında olan torpaqlar sahiblərinə qovuşdu: “Böyük bir liderlik göstərərək bu zəfəri Azərbaycana qazandıran Ali Baş Komandan İlham Əliyevi bir daha təbrik edirəm”.
Geri qayıt