Gülər Əhmədova hirsləndi: "Yerə soxum sizi, tupoylar"

Qeyd edək ki, bir qrup Azərbaycan vətəndaş cəmiyyəti belə təkliflə çıxış ediblər və bununla bağlı AŞPA-ya məktub ünvanlayıblar.
Keçmiş deputat Gülər Əhmədova Azərbaycanın səsvermə hüququndan məhrum edilməsini istəyənləri qınayıb. O, facebook səhifəsində bildirib:
“Yerə soxum sizi! Gedin Gürcüstanda qrantları oğru pişiklər kimi alın, guya Azərbaycanı çox istəyirsiniz. Avropaya da deyin ki, Azərbaycanla işləmə! "Əladır!" Avropanı neynirsiniz, Afrika yaxşıdır. Tupoylar. Siz demokrat deyilsiniz eee, xırda pula satılan lakeylərsiniz. Lənət şeytana, hələ söz vermişdim ki, siyasətlə işim yoxdur, Allah şeytana lənət etsin!”.