İlham Əliyev daha bir sərəncam imzaladı

İlham Əliyev daha bir sərəncam imzaladı Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
 
Komissiyanın həmsədri
 
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
 
Komissiyanın üzvləri
 
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
 
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
 
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
 
Azərbaycan Respublikası energetika nazirinin müavini
 
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
 
Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
 
Azərbaycan Xarici İşlər Nazirliyi dəyişiklik barədə Avstriya tərəfinə bildiriş göndərməlidir.
Geri qayıt