Prezident Hacıqabulda açılışlar edir - YENİLƏNİB

Prezident Hacıqabulda açılışlar edir - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gedib.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.
Ölkə başçısı Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib.
Dövlətimizin başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.
*** 11:36
Aprelin 20-də Hacıqabul rayonunda "Aqro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Geri qayıt