Ərdoğan İlham Əliyevi Türkiyəyə dəvət etdi

Ərdoğan İlham Əliyevi Türkiyəyə dəvət etdi "Siz dəyərli qardaşlarımı iyun ayında təşkil edəcəyimiz Antalya Diplomatiya forumuna xüsusilə dəvət edirəm”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə çıxışı zamanı bildirib.
“Forumumuz qlobal və regional məsələlər haqqında səmimi və hərtərəfli fikir mübadiləsi aparılmasına töhfə verəcəkdir. Hər birinizin iştirakından böyük məmnunluq duyacağıq”, - deyə Ərdoğan bildirib.
Türk Şurası liderlərinin qeyri-formal görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.
Geri qayıt