Ukraynalı reportyor: “Bu qələbənin adı var – İlham Əliyev”

“Caliber” xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Roman Boçkalanın hazırladığı videoreportajda bildirilir.
Qeyd edək ki, bugünlərdə R.Boçkala Qarabağdan xüsusi reportaj hazırlayıb. Hərbi jurnalist əsas diqqəti ermənilər tərəfindən tamamilə dağıdılan ruhlar şəhəri Ağdama yönəldib.
“Biz Qarabağın bugünkü vəziyyətini və gələcəkdə bölgəni nələrin gözlədiyini nümayiş etdirəcəyik”, - deyə reportajda bildirilir.
R.Boçkala Azərbaycanın qələbəsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini qeyd edərək, hərbi uğurun məhz Ali baş komandanın adı ilə bağlı olduğunu vurğulayır.