Çingiz Qənizadəyə YAP-ın vəsiqəsi verildi

Çingiz Qənizadəyə YAP-ın vəsiqəsi verildi Bu gün Yeni Azərbaycan Partiyasının üzvü Çingiz Qənizadəyə partiyanın vəsiqəsi təqdim edilib.
YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadəyə partiyanın vəsiqəsini rəsmən təqdim edib.
Qeyd edək ki, Çingiz Qənizadə 44 günlük Vətən müharibəsi zamanı İlham Əliyevin Ali Baş Komandan və Prezident kimi qətiyyətini, uzaqgörən siyasi taktikalarını və nəhayət bir Sərkərdə kimi qürurverici keyfiyyətlərini bir daha gördükdən sonra YAP-a daxil olmaq istədiyini bildirərək, prezident İlham Əliyevə rəsmi müraciət edib.

Bundan sonra prosedur qaydalara uyğun iş başladılıb və ötən ay Çingiz Qənizadə partiya sıralarına qəbul edilib.
Geri qayıt