Ərdoğan Azərbaycanla energetika sahəsində əməkdaşlıqla bağlı sənədi İMZALADI

Ərdoğan Azərbaycanla energetika sahəsində əməkdaşlıqla bağlı sənədi İMZALADI Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.

Qanun imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, sənəd Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıb.
Geri qayıt