İlham Əliyevdən generalla bağlı SƏRƏNCAM

İlham Əliyevdən generalla bağlı SƏRƏNCAM Prezident İlham Əliyev Yusif Yevgenyeviç Axund-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Yusif Yevgenyeviç Axund-zadə Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, general-mayor Y.Axund-zadə Azərbaycanın hərbi - dirijoru və pedaqoqu, Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisidir.
Geri qayıt