Prezident Cahangir Əsgərovu biabır etdi: “Ona demişəm ki, get otur yerində”

Prezident Cahangir Əsgərovu biabır etdi: “Ona demişəm ki, get otur yerində” "AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində".

Bu sözləri AzTV-yə müsahibəsində Prezident İlham Əliyev deyib.

"Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?

Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ", - deyə dövlət başçısı sözlərinə əlavə edib.
Geri qayıt