Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri yanvarın 30-da görüşəcək

Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri yanvarın 30-da görüşəcək Azərbaycan, Rusiya və Ermənistan arasında baş nazir müavinləri səviyyəsində görüş keçiriləcək.

Rusiya KİV-ə istinadən xəbər veririk ki, görüş 30 yanvar 2021-ci ildə keçiriləcək. Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək görüşün baş nazir müavinləri formatında ilk dəfə olduğu bildirilib.

Əsas müzakirə mövzularının Qarabağ ətrafındakı məsələlər və kommunikasiya xətlərinin, nəqliyyat əlaqələrinin qurulması prosesi olacağı qeyd edilib. Görüşdə Rusiyanı baş nazir müavini Aleksey Overçukun, Ermənistanı Mqer Qriqoryanın, Azərbaycanı isə Şahin Mustafayevin təmsil edəcəyi deyilir.
Geri qayıt