İlham Əliyev Albaniyanın yeni prezidentini təbrik edib

İlham Əliyev Albaniyanın yeni prezidentini təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın yeni seçilmiş Prezidenti İlir Metaya təbrik məktubu göndərib.

xalqxeber.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Meta, Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.
Geri qayıt