Prezident 5 il əvvəl Avropaya bu mesajı vermişdi - GƏLİŞMƏ

Prezident 5 il əvvəl Avropaya bu mesajı vermişdi - GƏLİŞMƏ Niderland parlamentinin bir sıra üzvləri fransalı həmkarlarından geri qalmayaraq, erməni maraqlarına xidmət edərək, ermənidən daha çox erməni olmağa çalışırlar. Erməni diasporu və lobbisinin təsiri altında olan bu şəxslər antiazərbaycan, antitürkiyə, islamofob, ultra-sağçı və ultra-millətçi tərzdə əsassız və məntiqsiz bəyanatlarla çıxış edirlər. Erməni maliyyəsi ilə nüfuz, güc qazananlardan başqa bir şey də gözləmirdik.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Azərbaycan və Türkiyə əleyhinə Niderland parlamenti tərəfindən bir neçə tövsiyə xarakterli qətnamənin qəbul olunması haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycanın hərbi yolla işğal altındakı torpaqlarını azad etməsi dostlarımızı sevindirdiyi qədər, düşmənlərimizi də narahat edib:

“44 günlük Vətən müharibəsinin başa çatmasını rəsmiləşdirən və Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən üçtərəfli Bəyanat Avropanın bəzi ölkələrində olduğu kimi, erməni diasporu və lobbisinin təsiri altındakı Niderland parlamentində də antiazərbaycan, antitürkiyə, islamofob, ultra-sağçı və ultra-millətçi qüvvələrin hədəfinə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev də məhz bu səbəbdən ötəngünkü çıxışında “yaxşı dost dar gündə tanınar” dedi. Bu heç də təsadüfi deyilməmişdi. Çünki 44 günlük müharibə bir daha kimin dost, kimin dost maskası altında gizlənən düşmən olduğunu göstərdi.

Xüsusilə Fransa bu müharibə ərzində iç üzünü nümayiş etdirdi. Maraqlıdır ki, Fransanın ardınca Niderland parlamentinin üzvləri də görəsən belə təxribatlara yol verərkən ölkələrinin Azərbaycanda və dünyadakı nüfuzuna, beynəlxalq münasibətlərdə ədalət və hüquq bərabərliyinə çağırışlar edən ölkə kimi imicinə xələl yetirdiklərinin fərqinə varmırlarmı? Belə addımları ilə onlar Azərbaycanda holland biznesinin mövcudluğunu, Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını sual altına qoyduqlarını bilmirlərmi?

Düşünürəm, şəxsi maraqlarını ölkə maraqlarından üstün tutan Martin Van Helvert (Xristian Demokratik Çağırış Partiyası), Joel Voordevind (Xristian İttifaqı Partiyası), Sven Koopmans (Azadlıq naminə Xalq Partiyası) kimi şəxslər bu və bu kimi hallardan narahat deyil. Yeri gəlmişkən bu şəxslər ultra-sağçı, antitürk və faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır”.

Millət vəkilinin sözlərinə görə, 2015-ci ildə ölkə başçısı İlham Əliyev faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı Rusiyanın nüfuzlu televiziya kanallarından birinə Avropada güclənən neofaşist hərəkatı və onun ən güclü qolu olan Pegida hərəkatı haqda danışmışdı:

“Həqiqətən, biz görürük ki, hələ 2015-ci ildə ölkə başçısının dediyi neofaşistlər bu gün Fransa və Niderland parlamentlərinə belə daxil olublar. Bu da təsadüfi deyil: onlar erməni lobbisinin dəstəyi ilə seçilir. Real mənzərə bir daha onu göstərir ki, Pegida neonasizmi, erməni lobbisi isə erməni faşizmini təbliğ edir. Məqsəd və hədəf yenə birdir”.
Geri qayıt