"Noyabrın 16-sı həyatımda xüsusi tarix kimi qalacaq” - İlham Əliyev

"Noyabrın 16-sı həyatımda xüsusi tarix kimi qalacaq” - İlham Əliyev "Düşmənin yol boyunca dağıtdığı bütün kəndləri görərkən, bir daha görürsən ki, hansı vəhşi düşmənlə üz-üzə idik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik".

Bu sözləri Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfəri zamanı deyib.

"Dünyada bir çox müharibələr olub. Bu gün də gedir, bu gün də bir çox yerlərdə işğal davam edir. Amma inanmıram ki, bu qədər qəddar, bu qədər qeyri-insani düşmənlə kimsə üz-üzə qalsın. Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra bizim qədim memarlıq abidəsi olan Xudafərin körpüsünə yaxınlaşacağıq. Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda oturub, bizim dədə-baba torpaqlarımızda oturub bizə meydan oxuyurdular", - deyə dövlət başçısı vurğulayıb.
Geri qayıt