Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşdü

Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşdü Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.
Geri qayıt