Ərdoğan: “Qarabağ münaqişəsinin həlli üçün işğala son qoyulmalıdır”

Ərdoğan: “Qarabağ münaqişəsinin həlli üçün işğala son qoyulmalıdır” "Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün apardığı haqlı mübarizəsini bütün qəlbimizlə dəstəkləyirik. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizədə son dərəcə qətiyyətli olduğunu görürük”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Dağlıq Qarabağ təxminən 30 ildir Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağıdır.

“Ermənistanın uzlaşmaz və ərköyün davranışları nəticəsində 30 ildir ki, bir növ qanqrenaya dönən bu münaqişənin həlli üçün işğala son qoyulmalıdır”, - deyə Ərdoğan vurğulayıb.
Geri qayıt