AVP: Hüseyn Abdullayevin mandatdan məhrum edilməsi Fəzail Ağamalıya qarşı aqressiv münasibətinə görə olub

AVP: Hüseyn Abdullayevin mandatdan məhrum edilməsi Fəzail Ağamalıya qarşı aqressiv münasibətinə görə olub Milli Məclisin deputatı Fəzail Ağamalının sədr olduğu Ana Vətən Partiyasının (AVP) Mətbuat xidməti bəzi mətbuat orqanlarında F.Ağamalı barəsində yer alan fikirlərə münasibət bildirib.

Xalqxeber.az-a daxil olan açıqlamada bildirilir:

“Hürriyyət” qəzetində çap olunan Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - başlıqlı yazı “Pravda.az” xəbər portalında da dərc olunub. “Hüseyn Abdullayevin mandatdan məhrum edilməsi” yarımbaşlığında Fəzail Ağamalı ilə bağlı olan fikirlər kökündən yalnışdır. Bu günə qədər bütün mətbuatda gedən açıqlamalardan da bəlli olub ki, Hüseyn Abdullayevin deputat mandatından məhrum edilməsi Ramiz Mehdiyevin tapşırığı ilə deyil onun Milli Məclisdə etdiyi əxlaqa zidd çıxışlarına və Fəzail Ağamalıya qarşı aqressiv münasibətinə görə olub.
Geri qayıt