Prezidentdən həmkarına təbrik

Məktubda deyilir:
“Çili Respublikasının müstəqilliyinin 210-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çili xalqına əmin-amanlıq və rifah diləyirəm”.