"XİN rəhbərliyi hara baxır?” - Azərbaycan bu regionu Ermənistana “uduzur”...

"XİN rəhbərliyi hara baxır?” - Azərbaycan bu regionu Ermənistana “uduzur”... "Azərbaycan xarici siyasətini iki istiqamətdə inkişaf etdirməlidir. Onsuz da Qərb ölkələri əməkdaşlıq yerindədir. Xüsusi ilə ərəb ölkələri və Mərkəzi Asiya ölkələri ilə bu əlaqələr çox zəifdir. Baxmayarq ki, beynəlxalq və regional təşkilatlar çərçivəsində bu coğarafiyada olan ölkələrlə əməkdaşlıq var. Amma yeterli deyil, bu format ikili əmədaşlıq formatı çərivəsində qurulmalıdır”.

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, Ermənistan həm ərəb ölkələri və İraillə, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirir:

“ İşğalçı ölkənin Xarici İşlər naziri Zoqrab Mnatsakanyan Ərəb ölkələrinə səfər edərək, əsasən, Qarabağ məsələsini islam dini ilə bağlı olmamaq konteksində danışıqlar aparır. Hansı ki, bu danışıqlar ərəb ölkələri ilə Azərbaycan arasında münasibətlərə kölgə salmağa çalışır. Bunun nəticəsidir ki, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirliklərinin Ermənistanla sıx siyasi və iqtisadi əlaqələri mövcuddur. Hətta Ermənistan Misir və Türkiyə arasında soyuq əlaqələrdən istifadə edib, bunu Azərbaycan üzərinə gətirir. Həmçinin Mərkəzi Asiya ölkələri ilə siyasi əlaqələri inkişaf etdirir. Yaxşı, bizim XİN rəhbərliyi hara baxır?! Göründüyü kimi, uzun illərdir ki, Azərbaycan XİN-nin bu iki istiqamətdə boşluğunu Ermənistan doldurur. Hesab edirəm ki, Azərbaycan XİN yeni rəhbərliyinin iki istiqamətdə siyasətini inkişaf etdirməli və bu ölkələrə səfərlər etməlidir. Ermənistanın bu ölkələrlə əlaqələrinin inkiaşfının qarşısını almalıdır. İordaniya Ermənistana hərbi avadanlıqlar satır, BƏƏ Qarabağda turizm layihələrini həyata keçirir. Misirin siyasi dəstəyini alır. Ona görə də ərəb ölkələrinə yeni strateji yanaşma olmalı və həyata keçirilməlidir. Yaxın Şərdə yeni siyasi açılım var. XİN İslam ölkələri deyib durmamalıdır. Sabah bu ölkələr Ermənistana tam dəstək verə bilər”.

Politoloq əlavə edib ki, artıq ərəb ölkələri İsraillə siyasi-iqtisadi əlaqələr qurur. Bu siyasət Azərbaycanın da maraqlarına cavab verir:

“Çünki İsraillə Azərbaycan əlaqələrində müəyyən dərəcədə ərəb faktoru da var idi. Artıq bu baryer aradan qalxır, Azərbaycan İsraildə səfirliyini yaxın illərdə açmalıdır. Bundan sonra ərəb ölkələrinin Azərbaycana qarşı hər hansı bir təpkisi olmaycaq. Yaxın Şərqdə İsraillə ərəb ölkələri ilə əməşdaşlığın başlanması Azərbaycanın bu regionla əlaqələrində yeni səhifə açmalıdır. Əgər proseslərdə geciksək, burada Ermənistan qazanclı çıxacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın İsraildə səfirliyi var və digər ərəb ölkələri ilə əməkdaşlığı genişləndirir. XİN rəhbərliyi əvvəlki kimi siyasətini davam etdirsə, Azərbaycanın xarici siyasəti bu iki istiqamətdə fiaskoya uğrayacaq”.
Geri qayıt