Rusiyanın müdafiə naziri Azərbaycana gəldi

Rusiyanın müdafiə naziri Azərbaycana gəldi Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

S. Şoyqunun səfərinin məqsədi "Ordu Oyunları-2020"-nin Dəniz kuboku" müsabiqəsinin açılış mərasimində iştirak etməkdir.

Rusiya MN-nin məlumatında Şoyqunun səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşəcəyi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunacağı qeyd olunub.
Geri qayıt