Türkiyə ilə 8 milyonluq hərbi saziş təsdiqlənəcək

xalqxeber.az xəbər verir ki, sazişin məqsədi Azərbaycan hökumətinə bu sazişin 10-cu maddəsində göstərilən təmənnasız hərbi yardım haqqında müqavilələr, sazişlər və maddi texiniki təchizatın həyata keçirilməsi haqqında Türkiyə tərəfindən ayrılan, lakin istifadə edilməyən 8.067.871,80 vəsaitin istifadə edilməsinə dair əsasları müəyyənləşdirməkdir. Saziş beş il müddətinə qüvvədə olacaq.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.