Azərbaycanla Türkmənistan arasında ikitərəfli sənədlər təsdiqləndi

Saziş 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanunu da imzalayıb.
Protokol 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb.