Pyotr Qlıboçko İlham Əliyevi təbrik etdi

Pyotr Qlıboçko İlham Əliyevi təbrik etdi M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın əsas bayramlarından biri – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin ölkəniz öz müstəqilliyini əzmlə qoruyub saxlayıb və bu gün sosial-iqtisadi, elmi-texniki və mədəni irsini uğurla inkişaf etdirir.

Qoy bu bayram günü ölkənizin şanlı keçmişinə, bugünkü firavanlığa və daha parlaq gələcəyə görə qürur duymağa bir fürsət olsun. Sizin ölkənizə səmimi qəlbdən firavanlıq, bütün Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm".
Geri qayıt