Mehriban Əliyeva Gürcüstana təşəkkür edib

Mehriban Əliyeva Gürcüstana təşəkkür edib Mehriban Əliyeva Azərbaycan Bayrağının işıqlandırılmasına görə Gürcüstana təşəkkür edib...
Birinci vitse-prezident Mehriban Əliyeva Gürcüstanın paytaxtı Tbilisidəki teleqüllə üzərində Azərbaycan Bayrağının rənglərinin işıqlandırılmasına görə bu ölkəyə minnətdarlığını çatdırıb.

Bununla bağlı Mehriban xanım Əliyevanın "Instagram" səhifəsində paylaşım edilib.

"Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!", - paylaşımda belə deyilir.
Geri qayıt