Azərbaycanın İstanbuldakı Baş Konsulu dəyişir-Məsim Hacıyevin postuna sürpriz namizəd

Azərbaycanın İstanbuldakı Baş Konsulu dəyişir-Məsim Hacıyevin postuna sürpriz namizəd Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulu Məsim Hacıyev yaxın günlərdə tutduğu postdan geri çağrılacaq. Editor.az məlumatlı mənbələrə istinadən xəbər verir ki, 2016-cı ildən etibarən Azərbaycanın İstanbuldakı diplomatik missiyasına rəhbərlik edən Baş Konsulun ölkəmizin Qırğızıstandakı səfiri təyin ediləcəyi gözlənilir.

Azərbaycanın İstanbuldakı Baş Konsulu vəzifəsinə isə olduqca surpriz bir ismin-ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanovun təyin ediləcəyi bildirilir.
Bu arada xatırlatmaq yerinə düşər ki, Azərbaycanın İstanbuldakı Baş Konsulu vəzifəsi strateji əhəmiyyətinə görə, diplomatik dairələrdə bir çox ölkələrdəki səfir postundan daha ciddi və prestijli post sayılır.

Qüdsi Osmanov indiyədək Azərbaycan Respublikasının Rusiya Federasiyasının Sankt-Peterburqda şəhərində Fəxri konsulu, Baş konsulu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirin müavini vəzifələrində çalışıb. Rusiyada işlədiyi müddətdə səfir Polad Bülbüloğlu ilə münasibətlərinin olduqca soyuq olması ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Ümumiyyətlə, Rusiyada diplomatik xidməti zamanı Qüdsi Osmanovun adı bir sıra qalmaqallı və xoşagəlməz hadisələrdə hallanmışdı.
Qüdsi Osmanov Rusiyadakı diplomatik fəaliyyətinə son verdikdən sonra ciddi cəhdlə Azərbaycanın Ukraynadakı səfiri postuna təyin olunmağa çalışsa da, buna nail ola bilməmişdi.
2016-ci ildə isə Q. Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib.

//Editor.az
Azərbaycanın İstanbuldakı Baş Konsulu dəyişir-Məsim Hacıyevin postuna sürpriz namizəd
Geri qayıt