İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri ilə görüşdü

İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri ilə görüşdü ReAl Partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Bu barədə İlqar Məmmədov özü məlumat yayıb.

"Bu gün "Respublika" qonaq evinin konfrans zalında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq" - İ.Məmmədov qeyd edib.
Geri qayıt