Umaxanov İlham Əliyevi təbrik etdi

Umaxanov İlham Əliyevi təbrik etdi Prezident İlham Əliyevə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Çox hörmətli İlham Heydər oğlu. Sizin başçılıq etdiyiniz Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Səsvermənin nəticələri Sizin yüksək nüfuzunuzun, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyiniz illər ərzində apardığınız islahatlara və qazandığınız sanballı nailiyyətlərə ölkə vətəndaşlarının şəksiz inamı və etimadının təzahürüdür.

Əminəm ki, biz seçkilərin nəticələrinə əsaslanaraq qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrini bütün sahələrdə, o cümlədən parlamentlərarası səviyyədə bundan sonra da ənənəvi dostluq və qarşılıqlı anlaşma ruhunda inkişaf etdirəcəyik.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycan vətəndaşlarına isə sülh və əmin-amanlıq arzu edirəm".
Geri qayıt