Prezident Federal Kansleri təbrik etdi

Prezident Federal Kansleri təbrik etdi Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsa təbik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Federal Kansler,

Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.
Geri qayıt