Astana görüşündə rejimlə müxalifətin nümayəndələri olacaq

Astana görüşündə rejimlə müxalifətin nümayəndələri olacaq Yanvarın 23-də Qazaxıstanın paytaxtı Astanada Suriyaya dair keçiriləcək görüş ikitərəfli xarakter daşıyacaq.

xalqxeber.az-ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, görüşdə ölkənin hökumət və müxalifət qüvvələri təmsil olunacaq. Bu barədə Suriya müxalifətinin Danışıqlar üzrə ali Komitəsinin üzvü Naser əl-Hariri bildirib.

“Astanada ancaq bizim və rejimin nümayəndələrheyəti olacaq. Bu barədə ötən ilin dekabrında Ankarada bağlanmış müqavilədə qeyd olunub”, - Hariri söyləyib.

Onun sözlərinə görə, nümayəndələrin siyahısında hərbçilər və siyasətçilər olacaq.
Geri qayıt