SON DƏQİQƏ! — Milli Məclis buraxıldı

SON DƏQİQƏ! — Milli Məclis buraxıldı Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması məsələsinə baxılıb.

Müzakirələrdən sonra Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət edilməsi üçün qərar layihəsi oxunub.
Qərar layihəsini Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Qərar layihəsi oxunduqdan sonra məsələ səsverməyə çıxarılıb.

Səsvermədə 99 nəfər qərar layihəsinin lehinə, 1 nəfər əleyhinə səs verib. 1 nəfər bitərəf qalıb. 1 nəfər isə səs verməyib.

Spiker Oqtay Əsədov bildirib ki, sabah parlamentin sonuncu plenar iclası ola bilər.
Geri qayıt