Prezident həmkarına məktub ünvanladı

Prezident həmkarına məktub ünvanladı Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Bounyanq Voraçitə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və firavanlıq arzulayıram".

Geri qayıt