PA rəsmisi: “Müəyyən qruplar var ki, onlar xaricdən idarə olunurlar”

PA rəsmisi: “Müəyyən qruplar var ki, onlar xaricdən idarə olunurlar” “Azərbaycanda fəaliyyət göstərən bütün dinlərə bərabər yanaşılır, qayğı göstərilir. Bu, bilavasitə ölkə Prezidentinin apardığı siyasətin nəticəsidir və bu siyasət bundan sonra da davam edəcək”.

Bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi Əliheydər Zülfüqarov “Azərbaycanda dünyəviliyin tarixi və bu günü” adlı konfransda deyib.

Onun sözlərinə görə, aparılan monitorinqlərdən və aidiyyatı qurumlardan gələn məlumatlardan görünür ki, xaricdən idarə olunan müəyyən qruplar var: “Onlar dünyəviliyə qarşı təbliğata yol verirlər. Onların belə təbliğatları isə sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Onlar təbliğatları zamanı qeyd edirlər ki, boşanma və evlilik münasibətlərini tənzimləmək üçün dünyəvi məhkəmələrə müraciət etməyin, bunları şəriət prinsipləri ilə həyata keçirə biləcək insanlar etsinlər. Bu təbliğatın qurbanları isə ən sonda daha çox qadınlar olur. Çünki onlar öz hüquqlarını qoruya və sübut edə bilmirlər. Onlar dünyəvi hakimiyyəti sanki şeytanın hakimiyyəti kimi təbliğ etməyə çalışırlar. Təbii ki, bu, bizi narahat edir”.
Geri qayıt