YAP Siyasi Şurasının iclası başladı - Əli Əsədov da iştirak edir

YAP Siyasi Şurasının iclası başladı - Əli Əsədov da iştirak edir Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilir.

İclasda YAP Siyasi Şurasının üzvləri, o cümlədən Şura üzvü, Baş Nazir Əli Əsədov da iştirak edir.

İclasda hansı məsələlərin müzakirə olunduğu yaxın saatlarda açıqlanacaq.

***09:35

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçiriləcək.

Bu barədə YAP-dan məlumat verilib.

Siyasi Şuranın iclasından sonra, saat 15:00-da YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək.
Geri qayıt