"Ermənilər öz pisliklərindən qalmırsa, biz niyə yaxşılığımızdan qalmalıyıq ki?" - Əli Həsənov

"Ermənilər öz pisliklərindən qalmırsa, biz niyə yaxşılığımızdan qalmalıyıq ki?" - Əli Həsənov Ermənilərinin tarixin müxtəlif dövrlərində bizim başıma gətirdikləri qətilləri unutmuşuq. Bacardığımız qədər bu xalqa yaxşılıq etmişik.

Bunu prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Qarabağ - əsirlər və girovlar" adlı sənədli filmdə bildirib.

Onun sözlərinə görə də, ermənilər daim bu bölgədəki insanların başına faciələr gətiriblər: "Ancaq ermənilər öz pisliklərindən qalmırsa, biz niyə yaxşılığımızdan qalmalıyıq ki?. Biz ermənilərin törətdiklərini beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Azərbaycan tolerant ölkədir, bu gün Azərbaycanda 30 min erməni yaşayır, onlar kiminsə nənəsi, dayısı və ya əmisidir".
Geri qayıt