Azərbaycanda növbəti parlament seçkiləri gələn il olacaq

Azərbaycanda növbəti parlament seçkiləri gələn il olacaq Yeni Azərbaycan Partiyası ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə baş tutacaq.

“Həmin seçkilərin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib. Bu il ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək”, - deyə Baş nazirin müavini qeyd edib.
Geri qayıt