Əliyev Marqvelaşvili ilə görüşüb

Əliyev Marqvelaşvili ilə görüşüb Azərbaycan prezidenti İlham Əliyev martın 16-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

xalqxeber.az xəbər verir ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən dövlət başçısı bu səfərin əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirib.

Ənənəvi olaraq hər il Qlobal Bakı Forumunda iştirak etdiyini vurğulayan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Forumun mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Gürcüstan Prezidenti qeyd edib ki, bu tədbirlə bağlı Azərbaycana səfəri dövlət başçısı ilə görüşmək imkanı yaradır və eyni zamanda, öz həmkarları ilə müzakirələr aparmaq baxımından da önəmlidir. Giorgi Marqvelaşvili ölkələrimiz arasında strateji münasibətlərin dərinləşdiyini bildirərək bu münasibətlərin ən yüksək səviyyədə olduğunu dedi.
Geri qayıt