Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı ilə bağlı qanunlara dəyişiklik edilə bilər

Məlumata görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z. Əsgərov bildirib ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrıca qanun da qəbul edilə bilər.
"Birinci vitse-prezident və ya vitse-prezidentlər barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunacaq Əsasnamənin hazırlanması da mümkündür", - deyə o vurğulayıb.