Səməd Seyidov yenidən AŞPA-nın vitse - prezidenti seçilib

Nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev “Report”un Qərbi Avropa bürosuna bildirib ki, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov eyni zamanda AŞPA-nın yenidən vitse-prezidenti seçilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar - Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir.
Qeyd edək ki, bu gün AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 25-nə kimi davam edəcək.