Prezidentlər bir-birinə nə bağışlayıb?

“Sputnik Belarus” saytı İlham Əliyevin Minskə beşinci rəsmi səfərindən yazıb.
Məqalədə Belarus və Azərbaycan prezidentlərinin uzunmüddətli və möhkəm dostluq əlaqələrinin olduğu qeyd edilib.
Rəsmi danışıqlardan sonra prezidentlər bir-birinə hədiyyələr bağışlayıblar. Aleksandr Lukaşenko İlham Əliyevə nar meyvələri təsvir edilmiş natürmort və “Spadçına Belarusi” adlı kitab hədiyyə edib.
İlham Əliyev isə belaruslu həmkarına Azərbaycan xalçası bağışlayıb.